Bakının Xətai rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Əhmədli metrosunun yaxınlığında baş verib.

2006-cı il təvəllüdlü Süleymanov İbrahim Emin oğlu yol kənarında hərəkətdə olan zaman onu minik avtomobili vurub. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.