Xəbər verdiyimiz kimi, azərbaycanlı "qanuni oğru" Lotu Quli (Nadir Səlifov) Türkiyənin Antalya şəhərində qətlə yetirilib.

Unikal.org Türkiyə mətbuatına istinadən bildirir ki, onu başından güllələyərək öldürüb hadisə yerindən qaçan şəxs polis tərəfindən saxlanılıb.

Qatilin kimliyi ilə bağlı rəsmi məlumat olmasa da, Musavat.com-un yaydığı xəbərdə bildirilir ki, bu şəxs "Lotu Quli"nin öz yaxınlığındakı adam, Xan Əhmədlinski ləqəbli kriminal avtoritetdir. Xan son zamanlar Qulinin öz təşəbbüsü ilə onun yaxın əhatəsinə daxil olub.