Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümə start veriləcək.

Unikal.org xəbər verir ki, turun oyunları üç günü əhatə edəcək. Premyer Liqada yeni mövsümün açılış matçında “Sumqayıt” doğma meydanda “Keşlə” ilə qarşılaşacaq. Günün digər matçında isə “Neftçi” “Səbail”lə üz-üzə gələcək.

Son çempion “Qarabağ” ilk turda “Sabah”ı sınağa çəkəcək. Rəşad Sadıqovun baş məşqçilik etdiyi “Zirə” isə “Qəbələ” səfərinə yollanacaq.

Azərbaycan Premyer Liqasında oyunlar koronavirus pandemiyasına görə azarkeşsiz keçiriləcək.

Azərbaycan Premyer Liqası, 2020/21 mövsümü, 1-ci tur

21 avqust

18:30 Sumqayıt – Keşlə
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sumqayıt şəhər stadionu

20:30 Neftçi – Səbail
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Namiq Hüseynov, Namiq Bəkirov
Hakim-inspektor: Babək Qəliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Bakı. 8-ci km stadionu

22 avqust

20:00 Qarabağ – Sabah
“Azərsun Arena”

23 avqust

19:00 Qəbələ – Zirə
Qəbələ şəhər stadionu