“Mançester Yunayted”in futbolçusu Harri Maquayr saxlanılıb.

Unikal.org xəbər verir ki, müdafiəçi Yunanıstanın Mikonose şəhərində bir barda dalaşıb. Bu barədə “Protothema” nəşri məlumat yayıb.

Xəbərdə, kapitan və iki dostunun barda digər ingilislərlə dalaşdığı bildirilib. Daha sonra hadisə yerinə gələn polisə də müqavimət göstərən Maquayr və dostları saxlanılıb.

“Mançester Yunayted” klubunun bir nümayəndəsi də “Sky Sports”a açıqlamasında ingilis müdafiəçinin saxlanıldığını təsdiqləyib.