“Qan vermək üçün müraciət edən (koronavirus xəstəliyini keçirmiş şəxslər) hər birinə təşəkkür edirik”. 

Unikal.org xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Bu günə qədər 99 nəfərə yaxın şəxs prosesə qoşulub. 79 nəfər donorumuz bu prosesə uyğun hesab olunub. Onlardan götürülən plazmalar 179 xəstənin müalicəsində istifadə olunub”, - o bildirib.