İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi bu gün Astara sərhəd keçid məntəqəsi vasitəsilə Azərbaycana gəlib.

Unikal.org  xəbər verir ki, A. Musəvini Bakıda İran səfirliyinin diplomatları və Ali  Liderin Bakıdakı nümayəndəsi Əli Əkbər Ocaqnejad qarşılayıb.

A.Musəvi sabiq səfir Cavad Cahangirzadəni əvəz edəcək.