Avropa Liqasında 2019/20 mövsümü başa çatıb.

Unikal.org xəbər verir ki, bu gün turnirin final oyunu keçirilib.

Lissabonda keçirilən həlledici qarşılaşmada İspaniya təmsilçisi “Sevilya” ilə İtaliya “İnter”i üz-üzə gəlib. Niderlandlı Denni Makkelienin idarə etdiyi matç bol qollu alınıb. 5 topun vurulduğu görüşdə milanlılar erkən qolla hesabı açmalarına baxmayaraq, sonda "Sevilya" minimalhesablı qələbəyə sevinib.

Bununla Əndəlüs təmsilçisi Avropa Liqasında oynadığı 6-cı final matçından da qalib ayrılaraq, öz rekordunu yeniləyib. "Sevilya" 2006, 2007, 2014, 2015 və 2016-cı ildə olduğu kimi, bu dəfə də həlledici qarşılaşmada rəqibinə şans verməyib.

Sonuncu dəfə 1998-ci ildə ikinci dərəcəli klub turnirinin qalibi olan “İnter” isə 22 illik fasilədən sonra bu uğuru təkrarlaya bilməyib. "Neradzurra" Avropa Liqasındakı (əvvəlki UEFA Kuboku) 5-ci final görüşdə 2-ci məğlubiyyətini alıb.