Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org APA-ya istinadla xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Tağıyev Kamran Natiq oğlu qonşusu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyat olunub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.