2020/2021-ci tədris ilində ATMU-nun bakalavriatura pilləsinə qəbul ilə əlaqədar  olaraq 21 avqust 2020-ci il tarixində abituriyentlər ilə Azərbaycan Turizm və Menecment Universitetinin məsul əməkdaşlarının görüşü baş tutub. 

ATMU-nin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, görüşdə mövcud ixtisaslar, ixtisasların daxil olduğu qəbul qrupları, keçid balları, universitetin tələbələr üçün təmin etdiyi imkanlar, universitetin iştirak etdiyi beynəlxalq təhsil proqramları, Azərbaycan-Avstriya Turizm proqramı, məzunlar üçün iş imkanları, tələbələrin könüllülük fəaliyyətinin təşkili  və digər mövzular haqqında ətraflı məlumat verilib. Həmçinin ötən tədris ilində “Turizm işinin təşkili” ixtisas proqramı üzrə ISO 9001:2015 və  eyni təhsil proqramı üzrə Ümumdünya Turizm Təşkilatının “UNWTO.TedQual” beynəlxalq keyfiyyət sertifikatlarına layiq görülməsi də abituriyentlərin diqqətinə çatdırılıb.

Cari ilin abituriyentləri universitet nümayəndələrinə onları maraqlandıran sualları ünvanlanıb və ətraflı cavablar əldə ediblər.