“Yuventus”un futbolçusu Kriştiano Ronaldo 4 ulduzlu otel inşa etdirəcək.

Unikal.org “Daily Mail”ə istinadən yaydığı xəbərə görə, Mançester şəhərində açılışı 2023-cü ildə olacaq otelə “CR7 Pestana” adı veriləcək. Oteldə 151 otaq, idman zalı, kafe və s. olması nəzərdə tutulub.
Portuqaliyalı hücumçunun bu layihəyə görə 27 milyon funt-sterlinq xərcləyəcəyi bildirilir. Layihə ilə bağlı sənədlərin artıq şəhər rəhbərliyinə təqdim edildiyi də qeyd olunub.