Bu gün UEFA Çempionlar Liqasının (ÇL) final matçı baş tutacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, finalda Fransanın PSJ klubu ilə Almaniyanın “Bavariya”sı qarşı-qarşıya gələcək. İtaliyalı Daniele Orsatonun idarəyə edəcəyi matç Portuqaliyanın “Estadio da Luş” stadionunda Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

PSJ tarixində ilk dəfə Çempionlar Liqasının finalına vəsiqə qazanıb. “Bavariya” isə beş dəfə bu turnirin qalibi olub.

23 avqust  - Çempionlar Liqası, final

23:00 PSJ (Fransa) – “Bavariya” (Almaniya) 

Baş hakim: Daniele Orsato (İtaliya) 

“Estadio da Luş” stadionu.