Ümumdünya Şahmat Olimpiadasının top divizionunda mübarizə aparan Azərbaycan komandası səkkizinci tur çərçivəsində Norveç yığması ilə qarşılaşıb.

Unikal.org xəbər verir ki, heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Vüqar Əsədli və Gövhər Beydullayevanın mübarizə apardığı komandamız Norveç yığmasının üzərində böyük hesablı qələbə qazanıb -5,5:0,5.

Bu nəticə ilə Azərbaycan yığması Ukraynadan sonra ikinci yerdə qərarlaşıb. Komandamız sonuncu görüşünü Fransa şahmatçılarına qarşı keçirəcək.

Qeyd edək ki, ilk üçlükdə yer alacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.