Azərbaycanda koronavirusla bağlı 23 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Unikal.org xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Son sutkada koronavirusa görə 5432 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 873 min 777-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 183, süni tənəffüs cihazında olan xəstə sayı 21 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 35 min 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 32 min 993 nəfər müalicə olunaraq sağalıb, 518 nəfər vəfat edib. Aktiv xəstə sayı 1763 nəfərdir.