Bakıda mənzildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin  4-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2100 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Ö. Bəkirov saxlanılıb, digər şəxs isə müəyyən edilib.  

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.