Daxili İşlər orqanlarında yeni təyinat olub.  

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, Ağstafa rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı İlham Kərimov vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə, o, Ucar rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin olunub.  

Hələlik Ağstafa rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyinat yoxdur.

Murad İbrahimli