Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) VI qurultayı keçirilib.

Unikal.org-un xəbərinə görə, videokonfrans formatında keçirilən qurultayda partiyanın adı dəyişdirilib.

Belə ki, bundan sonra partiyanın Milli Həmrəylik Partiyası (MHP) adlandırılması barədə qərar qəbul edilib.

Partiyaya 2013-cü ildən rəhbərlik edən Əlisahib Hüseynov yenidən MHP-nin sədri seçilib.

Həmçinin qurultayda partiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, partiyanın rəmzləri yenilənib, İdarə Heyəti , Mərkəzi Nəzarət-Təftiş Komissiyası və Siyasi Şura üzvləri seçilib.