Barselona"nın Lionel Messinin transferi üçün müəyyənləşdirdiyi məbləğ açıqlanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu argentinalı ulduz 700 milyon avro tələb edir. Bu məbləği ödəyən klub pnu heyətinə qata bilər.

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. Argentinalı futbolçunun komandadan getmək istədiyi bildirilir. 33 yaşlı forvardla "İnter", PSJ və "Mançester Siti"nin maraqlandığı deyilir.