"Qalatasaray" "Barselona"dan ayrılacaq olan oyunçu İvan Rakitiçlə maraqlanır.

Unikal.org xəbər verir ki, "Qalatasaray" klubu "Barselona"lı oyunçunu almaq üçün kluba rəsmi təklif göndərib. 32 yaşlı oyunçunun meneceri ilə danışıqların başladığı qeyd edilir. İvan Rakitiç isə "Sevilya"dan gələcək xəbəri gözləyir. 

Xatırladaq ki,"Barselona" klubunun yeni baş məşqçisi Kuman Rakitiçi öz heyətində görmək istəmədiyini bildirib.