Bakıda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-dən 24-dək olan müddətdə Binə qəsəbəsindəki evlərin birindən 2 000 manat dəyərində televizor və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Ağayev və C.Kulukayev saxlanılıblar.