Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən, şəhərdə mütamadi olaraq iməciliklər keçirilir. Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən aparılan təmizlik işləri artıq gündəlik xarakter daşıyır.

Unikal.org xəbər verir ki, Gəncənin müxtəlif ərazilərində aparılan təmizlik işləri Yeni Gəncə yaşayış massivində də həyata keçirilir. Qeyd etmək lazımdır ki, şəhərin bütün ərazilərində  MKTİB tərəfindən  məişət tullantıları üçün konteynerlər də quraşdırılıb. Eyni zamanda Yeni Gəncə yaşayış massivində də bu qutular mövcuddur. Lakin buna baxmayaraq bir çox sakinlər məişət tullantılarını orada  “Dərə” adlanan yerə ataraq natəmizlik yaradırlar. Dəfələrlə ərazidə təmizlik işləri görülməsinə baxmayaraq eyni hal yenidən təkrarlanır. Növbə kompleks təmizlik işləri Yeni Gəncə yaşayış massivində həyata keçirilib. Əraziyə MKTİB-in texnikaları cəlb olunaraq  təmizlik işləri aparılıb.
Gəncə Şəhər İcra Hakimiyyəti sakinlərimizə müraciət edərək,  təmizliyə riayət edilməsini xahiş edir.
Gəlin Gəncəmizi təmiz saxlayaq!