Bu gün daha 400 Azərbaycan vətəndaşı Rusiyanın Dağıstan Respublikasından ölkəmizə təxliyə edilib.

Unikal.org xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Dərbənd şəhərində olan əməkdaşı Tural Səfərov məlumat verib.

Rusiya-Azərbaycan quru sərhədi vasitəsi ilə 400 Azərbaycan vətəndaşının vətənə qayıtması təmin olunub.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Rusiya-Azərbaycan sərhədi mart ayının 18-dən bağlanıb.