Martın 3-dən bu günə qədər təhsil sistemində elektronlaşma sürətlə davam edib.

Unikal.org xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlanmasına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, cəmi 2 ay ərzində, mart və aprel aylarında 1 milyondan artıq şagird, 100 mindən artıq müəllim elektron kabinet əldə edib və sistemə qoşulub.

“Biz əvvəllər buna dəfələrlə cəhd etsək də, bu qədər nail olmamışdıq”.

E.Əmrullayev bildirib ki, yeni tədris ilində teledərslərin çəkilməsi davam edəcək.

“Teledərsrlər məzmun baxımından şagirdlərə faydalıdır. Mart ayına qədər bu prosesi davam etdirsək artıq bizdə bir illik dərslik, elektron məzmun olacaq”.