Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Məmmədov Cövdət Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, o, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Murad İbrahimli