UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Unikal.org xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” bu mərhələdə Norveçin “Molde” klubuyla qarşılaşacaq.

Xorvatiyanın “Dinamo” klubu Macarıstan “Ferentsvaroş”una rəqib olub. Serbiyanın “Srvena Zvezda”sı isə Kipr “Omoniya”sıyla üz-üzə gələcək.

3-cü təsnifat mərhələsinin oyunları sentyabrın 15-16-da keçiriləcək.

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi

Çempionlar yolu

Ferentsvaroş (Macarıstan) – Dinamo (Xorvatiya)
Qarabağ (Azərbaycan) – Molde (Norveç)
Omoniya (Kipr) – Srvena Zvezda (Serbiya)
Midtyulland (Danimarka) – Yanq Boyz (İsveçrə)
Makkabi (Təl-Əviv, İsrail) – Dinamo (Belarus)

Liqa yolu

PAOK (Yunanıstan) – Benfika (Portuqaliya)
Dinamo (Ukrayna) – Alkmaar (Niderland)
Gent (Belçika) – Rapid (Avstriya)