Xəbər verdiyimiz kimi, “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində Norveçin “Molde” klubu ilə qarşılaşacaq.

Unikal.org xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov püşklə bağlı klubun rəsmi saytına açıqlama verib:

“Çox ciddi rəqiblə qarşılaşacağıq. Skandinaviya klubları atletik və fiziki cəhətdən yaxşı oyun nümayiş etdirirlər. Skandinaviya klublarına qarşı təcrübəmiz var, amma futbol standartları hər ötən gün dəyişir. “Molde” son illər stabil çıxış edir və uğurlu qrafiklə yüksəlişdədir. Rəqibi analiz edib, məlumat toplamağa çalışacağıq”.