İvan Rakitiç keçmiş klubu "Sevilya"ya geri dönür.

Unikal.org xəbər verir ki, "Sevilya" İvan Rakitiç ilə üç illik müqavilə əsasında razılığa gəlib. Xorvatiyalı oyunçu hazırda "Barselona"da tibbi müayinədən keçir və tezliklə Avropa Çempionlarının heyətinə qatılacaq.

Qeyd edək ki, İvan Rakitiç 2011/14 illərdə "Sevilya" klubunda çıxış etmişdi.