Türkiyə polisi Lotu Qulinin qətli ilə bağlı yeni videogörüntüləri yayıb.

Unikal.org  xəbər verir ki, video otelin spa-zonasındakı müşahidə kamerasından götürülüb. Bu kadrlar Qulinin qətlindən bir neçə saat əvvələ aiddir. Kadrda Qulinin mərmər döşənmiş dəhlizlə 3 mühafizəçinin müşayiəti ilə getməsi əks olunub. Lotu Qulinin əynində mavi şort və ağ futbolka var.

Videonun bir hissəsi 20 avqustda gecə çəkilib. Kadrda qətldən sonra qaçan Xaqan Zeynalov əks olunub. Onun arxasınca əlində silahlı mühafizəçi qaçır.