Prezident İlham Əliyev xarici qonaqları qəbul edib
Prezident İlham Əliyev xarici qonaqları qəbul edib

Prezident İlham Əliyev dekabrın 12-də Polşa Respublikası Prezidenti Administrasiyasının rəhbəri Yatsek Mixalovskini, İsveç Krallığının xarici işlər naziri Karl Bildti və Bolqarıstan Respublikasının xarici işlər naziri Nikolay Mladenovu qəbul edib. Görüşdə Azərbaycanla Avropa İttifaqı, o cümlədən nümayəndə heyəti üzvlərinin təmsil etdikləri ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Nümayəndə heyətinin üzvləri Avropa İttifaqının və təmsil etdikləri ölkələrin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildiriblər.
Görüşdə, həmçinin ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın təkcə enerji sektorunda deyil, iqtisadiyyatın digər istiqamətlərində, o cümlədən sərmayə qoyuluşu sahəsində də inkişaf etdirilməsinin önəmi qeyd olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.