Azərbaycanda daha iki partiya dövlət qeydiyyatına alınıb.

Unikal.org-un xəbərinə görə, bu barədə deputat Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev məlumat verib.

O bildirib ki, MCP-nin qeydiyyata alınması haqqında sertifikat Ədliyyə nazirinin müavini  Toğrul Musayev və nazirliyin qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədovla keçirilən görüşdə təqdim edilib.

Görüşdə həm də Real Alternativ (ReAl) Partiyasının rəhbərliyinə qeydiyyat sertifikatı təqdim olundu.

Qeyd edək ki, ReAl Partiyasının sədri İlqar Məmmədovdur.