"Zirə” klubu növbəti transferini həyata keçirib.

Unikal.org xəbər verir ki, Bakı təmsilçisi Mateus Albinonu heyətinə qatıb. 25 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, braziliyalı qolkiper daha əvvəl ölkəsinin "Joinvil" və "Londrina" klublarının şərəfini qoruyub.