Bakıda fotostudiyada oğurluq hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da rayon ərazisindəki fotostudiyaların birindən 3 550 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini P.Muxtarov saxlanılıb.