"Çelsi" klubu heyətinə daha bir futbolçu cəlb edib.

Unikal.org xəbər verir ki, London təmsilçisi Leverkuzen "Bayer"indən Kai Havertsi sıralarına qatıb. 21 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "zadəganlar" buna qədər Hakim Ziyeç, Timo Verner, Malanq Sarr və Tiaqo Silvanın keçidini həll etmişdilər.