Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə ilk oyununu keçirəcək.

Unikal.org xəbər verir ki, Canni De Byazinin baş məşqçiliyi ilə ilk oyununa çıxan yığma komanda Bakı Olimpiya Stadionunda Lüksemburqu qəbul edəcək. 

Azərbaycan yığması turnirin C Liqasında mübarizə aparır. 1-ci qupda Kipr və Monteneqro kollektivləri də yer alır. 

Qeyd edək ki, qrupun digər oyununda Kipr seçməsi evdə Monteneqro yığmasını qəbul edəcək.  Azərbaycan yığması 3 gün sonra Millətlər Liqasında Kiprin qonağı olacaq.

UEFA Millətlər Liqası

C Liqası, I qrup

5 sentyabr

20:00. Azərbaycan - Lüksemburq

Hakimlər: Kris Kavana, Daniel Riçard Kuk, Sian Massey, Pol Tirni

Bakı Olimpiya Stadionu