"Eşkiya Dünyaya Hükümdar Olmaz" serialı artıq ATV-dəki beşinci mövsümünə hazırlaşır.

Unikal.org  türk mediasına istinadən xəbər verir ki, yeni mövsümdə ekran işində bir çox dəyişikliklərin olacağı gözlənilir.

Bəzi mənbələr isə "Kurtlar Vadisi"ndəki Polad Alemdar obrazı ilə məşhurlaşan Necati Şaşmazın seriala qatılacağını bildirib.

Polad Alemdar və Süleyman Çakır (Oqtay Kaynarca) bir neçə il "Kurtlar vadisi"ndə birlikdə rol alıblar. Bu xəbərə isə ən çox sevinənlər serialın pərəstişkarları olub. Onlar iddiaların gerçək olduğu halda bu mövsüm "Eşkiya Dünyaya Hükümdar Olmaz"ın ən çox izlənən ekran işi olacağını yazıblar.