Rusiyada son sutka ərzində daha 5195 nəfər yeni növ koronavirusa yoluxub.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 1 025 505 nəfərə yüksəlib.

Rusiyada bir gündə virusdan 61 xəstə ölüb, pandemiya qurbanlarının sayı 17 820 nəfərə çatıb.

İndiyədək 840 949 xəstə sağalıb.