21 yaşadək futbolçulardan ibarət Fransa millisi Azərbaycana qarşı keçirəcəkləri matçdan əvvəl itki ilə üzləşib. 

Unikal.org yerli mətbuata istinadən xəbər verir ki, baş məşqçi Silven Ripoll "Lion"da çıxış edən Jeff Ren-Adelaidin xidmətindən yararlana bilməyəcək. 

Komandanın kapitanı Gürcüstanı səfərdə 2:0 hesabı ilə məğlub etdikləri matçda zədələnib. 26-cı dəqiqədə əvəzlənən 22 yaşlı yarımmüdafiəçi əzələsindən xəsarət alıb. Ren-Adelaid buna baxmayaraq komanda ilə birlikdə Azərbaycana səfər edib. 

Qeyd edək ki, bu gün Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək Azərbaycan - Fransa matçı 21:00-da başlayacaq.