Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 14 521 nəfər yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 137 521 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 447 nəfər ölüb, ölənlərin ümumi sayı 126 650 nəfər təşkil edir.