"Mançester Siti"nin ulduzu Riyad Mahrezdən boşanan Rita Johal yenidən məşhur boksçu Antoni Coşua ilə görüntülənib.

Unikal.org xəbər verir ki, İngiltərə mətbuatı boksçu ilə futbolçunun keçmiş xanımı şənbə günü səhərə qarşı gecə klublarından birində görüntülənib. Onları həmçinin ötən həftə ortaq dostlarından birinin keçirdiyi əyləncə gecələrindən birində birlikdə görüblər. Bu xəbərlə Antoni ilə Ritanın sevgili olması ilə bağlı iddiaların yayılmasına səbəb olub.

Qeyd edək ki, Antoni Coşua və Rita Johal ötən ilin noyabrında bir gecə klubunda tanış olub. Həmin vaxt çıxan xəbərlərdə Ritanın boksçunun qucağında oturduğu deyilirdi. Daha sonra Coşua onun Riyad Mahrezin həyat yoldaşı olduğunu öyrənib və ondan uzaqlaşıb.

Riyad Mahrez bu xəbərlərdən sonra Ritadan boşanıb. Onların iki övladı var.