“Gürcüstanda müxalifətin seçkilərdə qələbə qazanacağı halda ölkənin baş naziri olmağa hazıram”.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə ölkənin keçmiş prezidenti Mixeil Saakaşvili videomüraciətində bildirib.

O, bu vəzifəni tam bir müddətdə deyil, maksimum iki il tutmaq istədiyini deyib: “Əminəm ki, iki il ölkəni bataqlıqdan çıxarmağa və sürətlə irəliləməyə kifayət edəcək”.

Sabiq dövlət başçısı Gürcüstana qayıdışının dəqiq tarixini açıqlamayıb və ölkədə narahatlıqlara səbəb olmaq istəmədiyini qeyd edib: “Hakimiyyətə iğtişaşlarla gəlməyə hazırlaşmıram”.

Qeyd edək ki, bu gün Gürcüstanın müxalif “Güc birlikdədir” birliyi baş nazir vəzifəsinə M.Saakaşvilinin namizədliyini irəli sürüb.