Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 16 nəfər dünyasını dəyişib.

Unikal.org “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4921-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 267 mindən çox insanda koronavirus aşkar olunub. Ümumilikdə 222,3 min xəstə isə sağalıb.