Rusiyanın Dolinsk şəhərində orta yaşlı qadının uşağı küçənin ortasında sürüməsi kameralara düşüb.

Unikal.org xəbər verir ki, hadisənin əks olunduğu video sosial şəbəkələrdə yayılıb. 

Rusiyanın DİN-nin yaydığı məlumata görə, olayla bağlı quruma şikayət daxil olmasa da, artıq araşdırma başlayıb. 

“Hazırda qadının və uşağın şəxsiyyəti müəyyənləşdirilir”, - deyə məlumatda bildirilir.