Bu gün Azərbaycan yığması Millətlər Liqasında növbəti oyununu keçirib.

Unikal.org xəbər verir ki, C liqasının 1-ci qrupunda yer alan millimiz 2-ci turda Kiprin qonağı olub və 1:0 hesabı ilə qalib gəlib.

Turnirin ilk oyununda Bakıda Lüksemburqa uduzan (1:2) Canni de Byazinin komandası səfər matçında ilk qələbəsini qazanıb.

C liqasının digər qarşılaşmasında Lüksemburq evdə Monteneqroya uduzub - 0:1.

Qeyd edək ki, yığmamız növbəti oyununu oktyabrın 10-da səfərdə Monteneqroya qarşı keçirəcək.