Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sentyabrın 9-na olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

Unikal.org xəbər verir ki, hazırda xəstələrin 139-u reanimasiyadadır. 15 xəstə isə süni tənəffüs cihazına qoşulub. 

Ümumilikdə 2 058 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 37 732 nəfərə, sağalanların sayı 35 119 nəfərə, vəfat edənlərin sayı isə 555 nəfərə çatıb.