"Atletiko Madrid" Moratanı "Yuventus"a satmayacaq.

Unikal.org xəbər verir ki, İtaliya nəhəngi keçmiş futbolçusunu komandaya geri gətirmək istəyir. Lakin Alvaro Morata hazırkı klubunda qalmağa üstünlük verir. "Atletiko" da keçən mövsüm 44 oyunda 16 qol vuran Moratanı heyətində saxlamaq istəyir. 

Qeyd edək ki, Alvaro Morata 2014-2016-cı illərdə "Yuventus"da çıxış edib.