Yevlax rayonunda yol qəzası baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Yevlaxın mərkəzindən keçən hissəsində qeydə alınıb. "VAZ 2107" markalı minik maşını ilə toqquşmadan yayınan "Shacman" markalı yük maşınının sürücüsü idarəetməni itirib və avtomobili aşırıb. Sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.