Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri çərçivəsində deputatlarımız Ankarada 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhd zamanı Türkiyə Böyük Millət Məclisinin (TBMM) inzibati binasının bombalanmış hissəsi ilə tanış olublar.

Bu barədə Unikal.org-a MM-dən məlumat verilib.

Onlara burada o dövrkü hadisələr barədə geniş məlumat verilib.