Baş prokurorluqda növbəti kadr dəyişikliyi baş verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Xətai rayon prokurorunun müavini olan Nazim Nizami oğlu Xudiyev öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.  

Onun yerinə isə 2014-cü ildə prokurorluq orqanlarına işə qəbul olunmuş Şükran Nürəddin oğlu Məmmədov təyin edilib. 

Xatırladaq ki, Nazim Xudiyev AzTV-nin keçmiş sədri Nizami Xudiyevin oğlu, Penitensiar Xidmətin keçmiş rəis müavini Hüseyn Əlixanovun isə kürəkənidir. 

Azər İsrafilov