Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Sərgən Yalçın koronavirusa yoluxub.

Unikal.org-un məlumatına görə, bunu 48 yaşlı məşqçi özü açıqlayıb.

Mütəxəssis bildirib ki, Türkiyə Super Liqasının 1-ci turunda sentyabrın 13-də "Trabzonspor"la səfərdə keçiriləcək oyundan əvvəl ondan götürülən testin nəticəsi pozitiv çıxıb. Dərhal karantinə alınan Yalçının müayinəsinə start verilib.

Qeyd edək ki, Sərgən Yalçın "Beşiktaş"ın baş məşqçi postuna bu il keçib.