Türkiyə klubu "Konyaspor"da baş məşqçi istefası reallaşıb.

Unikal.org-un məlumatına görə, Super Liqa təmsilçisinin çalışdırıcısı Bülənt Qorxmaz istefa verib.

52 yaşlı mütəxəssis Konya klubundan ayrıldığını özü mətbuata açıqlayıb. Qorxmaz buna səbəb kimi, rəhbərliyin ondan icazəsiz hücumçu transfer etməsini göstərib.

Qeyd edək ki, Super Liqanın ilk turunda istirahət edəcək "Konyaspor" 2-ci turda sentyabrın 19-da "Gənclərbirliyi" ilə qarşılaşacaq.