Rusiyada koronavirusa yoluxanların sayı 1,05 milyon nəfəri keçib.

Unikal.org-un məlumatına görə, ölkədə son sutka ərzində 5 488 nəfər virusa yoluxub, 119 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 057 362 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 18 484 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 873 535 nəfər virusdan sağalıb, 165 343 nəfərin müalicəsi isə davam edir.